Uzun müddətdi ki, zədə səbəbindən forma geyə bilməyən "Qalatasaray"ın futbolçusu Həmid Altıntopdan sevindirici xəbər gəlib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandanın ölkə çempionatında "Gənclərbirliyi" ilə matçöncəsi hazırlığına iştirak edib.
Altıntop hələ ki, fiziki hərəkətlər etməklə kifayətlənib.
Qeyd edək ki, futbolçunun qarşıdakı matçlarda forma geyib-geyməyəcəyi baş məşqçinin qərarından asılı olacaq.





