Bu gün Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə "İnter"lə qarşılaşan "Sumqayıt" daha bir ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan 2 cavabsız qolla məğlub ayrılması azmış kimi, "gənclik şəhəri" təmsilçisi aparıcı futbolçularından da birini itirib.
 
Belə ki, komandanın əsas müdafiəçilərindən olan Vurğun Hüseynov bu qarşılaşmanı başa çatdıra bilməyib. O, görüşün elə ilk yarısının sonlarında ciddi zədə alıb. Sol ayaq əzələsini dartan futbolçu 45+1-ci dəqiqədə Kərim Diniyevlə əvəzlənmək məcburiyyətində qalıb.
 
Hüseynovun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik dəqiq bilinmir. Buna qarşıdakı günlərdə həkim müayinəsindən sonra aydınlıq gələcək.
Shares: