Azərbaycan 1-ci divizionunun 14-cü turunda "Neftçala" – "Araz Naxçıvan" (1:0) qarşılaşmasında baş verənlər haqda məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq Peşəkar Futbol Liqası (PFL) yaranan qalmaqalla bağlı rəsmi fikir bildirilib.
PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev saytımıza verdiyi açıqlamada məsələyə baxıldığını bildirib:
"Əgər hər hansı bir məqam oyun protokolunda qeyd olunubsa, bu məsələyə baxılacaq. Ümumiyyətlə belə bir qayda var ki, komandalar PFL-ə müraciət etsələr də, etməsələr də bütün oyunlara baxılır. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hazırda o işlə məşğuldu. Həm Premyer Liqa, həm də divizionun oyunları HK-nın sədrinə təqdim olunur və komitə yaşananlara hüquqi qiymət verir".





