İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi gənc futbolçu Uilfrid Zahanı icarəyə göndərməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, oyunçunun transfer hüququnu ilin əvvəlndə alan, lakin heyətə yayda qoşulan yarımmüdafiəçi hələ ki, məşqçilər korpusunu qane etmir.
Qış “transfer pəncərəsi” zamanı klub bu məsələ ilə ciddi şəkildə məşğul olacaq. Prioritet olaraq onun “Nyukasl”a göndərilməsi gündəmdədi. 21 yaşlı futbolçuya “Suonsi”, “Kristal Palas”, “Fulhem” və “Stok Siti” də maraq göstərir.
Qeyd edək ki, MY Zahanın transferi üçün 12.5 milyon funt ödəmişdi.





