Almaniyanın "Mansory" kökləmə-emalatxanası "Raff House" özəl zərgərlik klubu ilə birgə "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun şərəfinə super avtomobil hazırlamaq qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, sözügedən maşın xüsusi görünüşə və göstəricilərə sahib olacaq.
Avtomobilin korpusu tamamilə karbondan olacaq. Yalnız xüsusi çalarlı xromlanmış alüminiumdan hazırlanacaq arxa spoyler və hava giriş dəlikləri istisnadı.
Super avtomobil 750 at güclü mühərriklə hərəkətə gətiriləcək. Hələlik bu qurğu haqqında ətraflı məlumat verilmir. Cəmi 11 nüsxə buraxılacaq superavtomobilin birinci nüsxəsi məhz Çourinyoya çatacaq. Yeni modelin premyerası 2014-cü ildə baş tutacaq.





