"Qalatasaray"ın forvardı Burak Yılmaz Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, bəxtlərinə "Çelsi"nin çıxmasının onları qorxutmadığını bildirib:
 
“Bu mərhələdə  hansı komanda ilə qarşılaşacağımız önəmli deyil. Rəqib kim olursa olsun, ən yaxşı oyunumuzu oynayacağıq.  "Qalatasaray" hər zaman qazanmaq üçün oynayır. Bu da elə matçlardan biri olacaq".
Shares: