Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Qızıl Top"a layiq gördüyü namizədin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Maradona bu il Messi ilə müqayisədə Ronaldonun "Qızıl Top"u haqq etdiyini bildirib:
"Messi bu il zədə səbəbindən çox oyunları buraxmalı oldu. Bu mənada Ronaldonun onu keçdiyini düşünürəm. Məncə, Ronaldo bu il "Qızıl Top"u haqq edir".
Qeyd edək ki, "Qızıl Top" mükafatının yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.





