"Liverpul"un qolçusu Luis Suares 2013-cü ildə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az xəbər verir ki, uruqvaylı hücumçu Futbol Azarkeşləri Federasiyası tərəfindən bu mükafata layiq görülüb.
500 min insanın qatıldığı səsvermədə o, Robin van Persi və Xuan Matanı geridə qoyub.
Suares bu mükafata layiq görüldüyü üçün qürur hissi keçirdiyini deyib.
Qeyd edək ki, 26 yaşlı forvard bu mövsüm forma geydiyi 11 matçda 17 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.





