İngiltərənin “Çelsi" klubu heyətini gücləndirmək üçün hərəkətə keçib. Futbolinfo.az xəbər verir ki, London təmsilçisi artıq ilk rəsmi təmasına başlayıb.
"Sky Sports"un verdiyi xəbərə görə, baş məşqçi Joze Mourinyonun hryətdə görmək istədiyi futbolçu ilə ilkin razılıq əldə olunub. Söhbət İtaliya "İnter"inin istedadlı oyunçusu Fredi Quarindən gedir.
27 yaşlı futbolçu 15 milyon avro qarşılığında 4,5 illik müqaviləyə imza atacaq.
"İnter" bu mövsüm avrokuboklarda çıxış etmədiyi üçün Quarinin Çempionlar Liqasında forma geyməsi də mümkün olacaq.





