“Qalatasaray”ın sabiq futbolçusu Tomaş Uyfaluşi yenidən komandaya qayıdır. Futbolinfo.az xəbər verir ki, çexiyalı keçmiş müdafiəçi baş məşqçi Roberto Mançininin idarəçilik üzrə köməkçisi olacaq.
İstanbula gələrək rəhbərliklə görüşən Uyfaluşi yaxın günlərdə klubla müqavilə imzalayacaq. O, futbolçularla Mançini arasında körpü rolunu oynayacaq.
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın formasını geyən 35 yaşlı sabiq futbolçu bu yay “Cim-Bom”dan ayrılaraq ölkəsinin “Sparta” (Praqa) klubuna keçsə də, zədə səbəbindən futbolla vidalaşdığını açıqlamışdı.





