“Milli komandada işləyəcəyim bu gün mənim üçün çox yaxşı xəbər oldu. Bunu gözləmirdim. Bilirdim ki, bu gün İcraiyyə Komitəsinin iclası var. Amma yığmaya çağırılacağımı gözləmirdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında milli komandada Berti Foqtsun köməkçisi təyin olunan Mahmud Qurbanov deyib.
 
Azərbaycanın ən titullu futbolçusu olmuş Qurbanov yığmada təcrübə qazanacağını bildirib:
 
“Yığma komanda mənim üçün böyük təcrübə olacaq. Qarşıda AÇ-2016-nın seçmə mərhələ oyunları var. Foqtsun qarşısına böyük hədəflər qoyulub. Final mərhələsinə yükəsləmək uğrunda mübarizə aparmalıdı. Nə olacaq, onu qarşıdakı illərdə birlikdə görəcəyik".
Shares: