Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan millət vəkili, keçmiş futbol ulduzu Hakan Şükürün partiyadan istefasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Ərdoğan Şükürün istefasının onun üçün gözlənilməz olduğunu vurğulayıb:
"Bu addımı ona yaraşdırmadım. Hər söz sahibinə aiddi. Mənə qarşı sözlərini yadırğadım. Heç də üzülmürəm. Bir insan bir partiyanın bayrağı altında seçkiyə gedirsə, o partiya ilə birlikdə hərəkət etməlidi. Ayrılırsa, təkcə partiyadan ayrılmamalıdı. Əgər dürüst adamdırsa, parlamentdən, millət vəkilliyindən də ayrılmalıdı. Amma təbii ki, bu, hər kəsə nəsib olan bir şey deyil".





