Azərbaycanın işsiz mütəxəssislərindən olan Yunis Hüseynov Berti Foqtsun yenidən 2 il müddətinə milli komandamızın başında qalmasına münasibət bildirib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gözünüz aydın olsun. Mən hər zaman yığma komandamızda yerli məşqçilərin işləməsinin tərəfdarı olmuşam. Yerli məşqçilərimizi hər kəsdən savadlı hesab edirəm. Berti Foqtsun yığma komandada qalıb-qalmaması mənim üçün maraqlı deyil. Siz yerli mütəxəssislərin fikrini öyrənməyin. Çünki, yerli mütəxəssislərin fikri heç kim üçün maraqlı deyil. Foqts 6 ildi buradadı, qoy 10 il də qalsın. Mahmud Qurbanovla Aslan Kərimovu təbrik edirəm. Amma onların Foqtsdan götürəsi bir şey yoxd. Aslanla, Mahmudun yetərincə futbol savadı var".





