Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışov Kazan təmsilçisinin rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– 2013-cü ildə sizin üçün ən yaddaqalan hadisə nə oldu?
– 2013-cü ilin ən maraqlı hadisəsi mənim üçün Bakıda keçirilmiş Azərbaycan – Rusiya matçı oldu. Biz azlıqda qalsaq da, matçın sonlarında hesabı bərabərləşdirə bildik (1:1).
 
– 2014-cü ildən nə gözləyirsiz?
– Daha çox oyun təcrübəsi qazanmağı və az zədə almağı.
 
– Yeni ildən hansı hədiyyəni gözlüyürsüz ki, onu sizə verən olmayıb?
– "Ferrari" avtomobili.
 
– Son olaraq hansı ifaçının mahnılarını öz pleylistinizə əlavə etmisiz?
– İndi dəqiq xatırlamıram. Müxtəlif müğənnilərin mahnılarına qulaq asıram. Konkret kiməsə üstünlük verdiyimi deməzdim.
Shares: