"Bavariya"nın fransız yarımmüdafiəçisi Frank Riberi FİFA-nı tənqid edib. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu dünyanın ali futbol qurumunun "Qızıl Top" mükafatının səsvermə müddətini uzatmasını düzgün hesab etməyib.
O, bildirib ki, bu qərar Kriştianu Ronaldonun mükafatı qazanması üçün edilib.
Riberi həmçinin qeyd edib ki, portəgizin "Qızıl Top"un təqdimetmə mərasimində iştirak edib-etməyəcəyi onu maraqlandırmır: "Mənim üçün ilk “üçlük”də olmaq da şərəfdi. Onun yerində olsam, sadəcə bu səbəbdən belə mərasimə qatılardım".





