"İnter"in yarımmüdafiəçisi Fredi Quarinin "Çelsi"yə transferi sual altındadı. Bu barədə "Sky Sport" xəbər yayıb. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə tərəflərin razılaşdığı iddia olunsa da, 27 yaşlı kolumbiyalı futbolçu London klubu ilə müqavilə şərtlərini razılaşdırmayıb.
Daha öncə yayılan məlumatlarda "Çelsi" Quarin üçün 15 milyon avrosundan keçməyə hazır olduğu vurğulanırdı.
Xəbərdə həmçinin bildirilir ki, premyer-liqa nəhəngi bu transferi reallaşdıra bilməsə, bütün diqqətini Nemanya Matiç (Benfika) və Paulinyoya (Tottenhem) yönəldəcək.





