"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Nəticə məni qane etmir. Hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq. Lakin qısa zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu “sındırdı”. Futbolçular hisslərinə hakim olmalıdı. Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda 18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir edir. Futbolçular daha diqqətli oynamalıdı. “Neftçi” bu oyunda məğlub olmadı, məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdı”.





