“Feyenoord”un baş məşqçisi Ronald Kuman Qus Hiddinkin milli komandada köməkçisi olma təklifini rədd edib. Xatırladaq ki, dünya çempionatından sonra məhz Hiddink Hollandiya yığmasını çalışdıracaq.
Futbolinfo.az xəbər verir ki, Kuman futbol federasiyasının Qusu baş məşqçi təyin etməsini satqınlıq sayır. Belə ki, baş məşqçiliyə əsas namizəd məhz Kumanın özü idi.
Əlavə edək ki, Hiddinkin yığmada köməkçiləri Ronald de Bur və Klarens Zeedorf olmalıdı.





