Hollandiyanın “Ayaks” klubunun baş məşqçisi Frank de Bur “Tottenhem”in təklifini rədd edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı hazırkı işindən məmnun olduğunu və “mahmızlar”a özlərinə yeni baş məşqçi tapmalarını bildirib.
Əlavə edək ki, de Bur 2010-cu ildən “Ayaks”ı çalışdırır. Bu yay o, klubla müqavilə müddətini daha 4 il uzadıb. Bu yay həm də “Ayaks” Yan Vertongen və Kristian Erikseni “Tottenhem”ə satıb.





