"Xəzər Lənkəran"ın gənc futbolçuları Tərlan Qasımzadə və Kamran Abdullazadə MOİK klubuna gəliblər. Futbolinfo.az xəbər verir ki, oktyabr ayında hərbi xidmətə yollanan futbolçular dünən hərbi hissələrini tərk edərək "hərbçilər"in düşərgəsinə qoşulublar.
Onların tezliklə "Xəzər Lənkəran"a qayıtması gözlənilir.
Qeyd edək ki, elə "Xəzər Lənkəran"a məxsus olan bu futbolçular qaydalara əsasən indiki halda hərbi xidmət vaxtlarının sonuna kimi cənub təmsilçisində icarə əsasında çıxış etməli olacaqlar.





