Cari mövsüm məhsuldarlığı ilə seçilən "Atletiko”nun (Madrid) oyunçusu Dieqo Kosta uğrunda Avropa klubları əsl rəqabət aparır. Futbolinfo.az xəbər verir ki, son olaraq transfer təklifi ilə İngiltərənin "Çelsi" klubu çıxış edib.
 
London təmsilçisi Romelu Lukaku və əlavə pul qarşılığında Kostanı heyətinə qatmaq istəyir. "Atletiko" isə hər dəfə oyunçusundan ayrılmaq istəmədiyini bəyan edir.
Shares: