Gələn ilin yayında Braziliyada təşkil olunacaq Dünya çempionatında iştirak edəcək Portuqaliya millisinin lideri Kriştianu Ronaldo federasiya qarşısında iki tələb qoyub. Futbolinfo.az xəbər verir ki, o, təcrübəli forvard Brazilyada qalacaqları "Palm Resart" otelinə xüsusi hamam quraşdırılmasını istəyib.
 
Bundan əlavə, komanda yoldaşı Pepe ilə qalacağı otağa "Play Station-4" kompüterinin gətirilməsini tələb edib.
 
Ronaldo boş vaxtlarında komputerdə futbol oyunları oynamaqdan xüsusi zövq aldığını deyib. Federasiya rəhbərliyi isə adı çəkilən otelin rəhbəriliyi ilə əlaqə yaradaraq, onun istəklərinin həyata keçməsinə göstəriş veriblər.
Shares: