“Bakı”nın yarımmüdafiəçisi Mindauqas Kalonas artıq ölkəmizdə oynamayacaq. Futbolinfo.az xəbər verir ki, yerli futbolçular – Rauf Əliyev və Əfran İsmayılovla ulduzu barışmayan, daim onların qısqanclığı ilə üzləşən, hətta birinci ilə məşqdə dalaşan litvalı futbolçu paytaxt klubunda özünü rahat hiss etmir.
 
Kalonas artıq klub rəhbərliyinə müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulması xahişiylə müraciət edib. “Bakı” rəhbərliyi onu əməkdaşlıq etdikləri Fransa “Lans”ına göndərmək istəsə də, futbolçu tapşırıqla futbol oynamaqdan imtina edib. Bir neçə klubumuzdan da dəvət alan Kalonas Rusiya Premyer Liqasından aldığı daha real təklifi dəyərləndirmək niyyətindədi.
Shares: