"Barselona"nın baş məşqçisi Xerardo Martino son günlər mətbuatda Kataloniya klubundan ayrılacağına dair yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis mövsümün sonunda heç yerə getməyəcəyini deyib.
 
Ancaq o, komandası uğursuz çıxış edərsə, ayrılmasını da mümkün hesab edib: "Barselona"da çox rahatam. Hazırda heç bir yerə getmək fikrim yoxdu. Əgər "Barsa" nəticələri məni qane etməsə, üç gündə hər şey dəyişə bilər".
 
Qeyd edək ki, Martinonun mövsümün sonunda Kataloniya klubundan ayrılacağı iddia edilirdi. Səbəbin isə baş məşqçinin bəzi qərarlara görə tənqid olunmasından bezdiyi bildirilirdi.
Shares: