"Milan"ın sahibi Silvio Berluskoni klubun İtaliya çempionatındakı inamsız çıxışına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, azarkeşlərə "Milan"ı əvvəlki gücünə qaytaracağına söz verib:
“Mən bu klubu almazdan əvvəl "Milan" B seriyasında mübarizə aparırdı. O zaman azarkeşlərə söz vermişdim ki, “Milan” dünyanın ən yaxşı komandalarından biri olacaq. Ancaq o zaman mənim dediklərimə heç kəs inanmamışdı. İndi də mən yeni bir idarə heyəti qurub "Milan"a qayıdacam. Hər kəsin darıxdığı "Milan" geri dönəcək. Çempionlar Liqasında və A seriyasında çempionluqlar bizi gözləyir".





