İspaniya La Liqasının son turunda səfərdə "Valensiya"nı 2:3 hesabı ilə məğlub edən Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda müqaviləsi bitəcək Xabi Alonso ilə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə mətbuata danışarkən belə deyib:
"Alonso 2014-cü ilin yayına qədər bizim futbolçumuzdu. Əgər zədə və ya hansısa başqa bir söhbət olmasa, oynamağa davam edəcək. Ona bağlı olmağımızla əlaqədar yayılan xəbərlərə qatılmıram. Alonsosuz 3 ay keçirdik, həmin vaxtlarda da yaxşı nəticələr göstərdik".
Alonsonun adı "Yuventus"la hallanır.





