Topaz Premyer Liqasının son turlarında komandasına kömək edə bilməyən "Qəbələ"nin qapıçısı Dieqo Koşta uzun müddət bərpa prosesi keçəcək. Bu barədə qolkiper futbolinfo.az saytına açıqlamasında özü məlumat verib:
"Hazırda bərpa prosesi keçirəm. Hər şey yaxşı gedir. Ancaq 45 gündən sonra hazır olacam. Bəxtim onda gətirib ki, zədəm çempionatda yaranan fasiləyə təsadüf edib. İnanıram ki, çempionat başlayana qədər sağalacam və komandama kömək edəcəm".
Shares: