Çempionatda işləri istədiyi kimi getməyən “Rəvan” ciddi dəyişikliklərə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, komanda son pillələrdən qurtulmaq üçün qışda heyətinə əl gəzdirəcək.
Baş məşqçi Şahin Diniyev əksər futbolçulardan narazı olsa da, heyətdən uzaqlaşdırılanların sayı gözlənildiyi qədər çox olmayacaq. Rəsmən açıqlanmasa da, əcnəbilərdən Sohib Savankulovla Frederik Holsterin yola salınacağı dəqiqdi. Yerli futbolçulardan isə 6-7 nəfərin siyahısı rəhbərliyə təqdim olunub. Dünən Kislovodska yollanan Diniyev dekabrın 27-də vətənə dönəcək və bundan sonra lazımsızlar rəsmən elan ediləcək.
Yeni oyunçuların transferi ilə də bağlı işlər gedir. Şahin bəyin təqdimatı əsasında lazımi mövqelərə oyunçu axtarılır və deyilənlərə görə, bununla bağlı büdcənin artırılması da mümkündü. Antalya toplanışınadək komandayla bağlı bütün suallara nöqtə qoyulacaq.





