"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Maruan Fellaini ötən həftəsonu əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, biləyindən əməliyyat keçirən belçikalının ən azı 4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.
 
Onun dönüşü aprel ayına hesablanıb. Bu nunla da Fellaini fevral və mart aylarında keçiriləcək Çempionlar Liqası və premyer-liqa matçlarında iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, Fellaini mövsümün əvvəlində 24 milyon funt qarşılığında "Everton"dan transfer olunmuşdu.
Shares: