“Kəpəz”in futbolçusu Camal Cəfərovun futbolinfo.az saytına müsahibəsi

–  “Karvan-Yevlax”a 1:4 hesablı məğlubiyyəti gözləyirdiz?

– Əlbəttə, belə bir məğlubiyyəti gözləmirdik. Oyun bizim xeyrimizə getmədi və asan qollar buraxdıq.

– Son iki oyunda komanda uduzur. Sanki milli fasilədən sonra nəsə çətinlik yaşayırsız. Bunun səbəbin nədə görürsən?

– Fasilə zamanı çox ciddi məşq etdik. Məncə, sadəcə bu oyunlara lazım olduğu kimi köklənmədik və buna görə belə nəticə alındı.

– Liqada qalmaq uğrunda mübarizədə vacib xallar itirdiniz. Bu, sizin üzərinizdə təzyiq yaradır?

– Xeyr, biz heç bir təzyiq hiss etmirik.

– Düşünürsən ki, komanda son iki turdakından əvvəlki uğurlu qrafiki yenidən əldə edəcək?

– İnşallah, əlimizdən gələni edəcəyik ki, növbəti bütün oyunlarda qalib gələk.

– Qarşıda “İmişli” ilə vacib oyun var. Bu rəqibinizə qalib gələ biləcəksiz?

– Dediyim kimi, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

FƏRİD

Shares: