Nürbürnqrinq trassında baş verən yarış zamanı faciəvi hadisə yaşanıb. 66 yaşlı finlandiyalı sürücü Juha Miettinen dörd saatlıq yarışın əvvəlində qəzaya uğrayaraq həlak olub.
Trasda qəza yerindən foto və ekran görüntüləri sosial mediada yayılıb. Yarışın calı yayımı zamanı rejissorlar hadisə yerindən kadrlar göstərməyiblər.
Qəzada yeddi avtomobil xəsarət alıb və hadisədən dərhal sonra trasa təcili yardım maşını göndərilib.
Juha Miettinen BMW 325i markalı avtomobili idarə edirdi.
Qəzanın digər altı iştirakçısı müayinə üçün tibb mərkəzinə və yaxınlıqdakı xəstəxanalara aparılıb. Yaralılardan heç birinin həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, yarışda Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen də iştirak etməliydi.






