Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İlk oyunlar çərçivəsində “Braqa” Portuqaliyada Almaniya təmsilçisi “Frayburq”u qəbul edəcək. Digər görüşdə isə İngiltərə komandaları münasibətlərə aydınlıq gətirəcəklər. “Nottinqem Forest” doğma azarkeşləri önündə “Aston Villa” ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma 23:00-da start götürəcək.

Xatırladaq ki, raundun cavab matçları mayın 7-də keçiriləcək.

Shares: