“Liverpul” 2014/2015 mövsümündən sonra İngiltərə Premyer Liqasında məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb. Bu, Arne Slotun baş məşqçisi olduğu kollektivin ötən gün XXXV turda “Mançester Yunayted”ə uduzması (2:3) ilə reallaşıb.
Beləliklə, Mersisayd təmsilçisi 11-ci dəfə meydanı xalsız tərk edib. “Qırmızılar” 2014/2015 mövsümündə 12 məğlubiyyət almışdı.
Son ölkə çempionu hazırda 58 xalla dördüncü pillədə qərarlaşıb. “Mançester Yunayted” isə bu qələbə sayəsində Çempionlar Liqasının gələn mövsümündə iştirak hüququ qazanıb. Mançesterlilər hazırda 64 xalla turnir cədvəlində üçüncü yerdədir. İngiltərə Premyer Liqasının ilk beş komandası Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək.






