“Zirə” tarixində 3-cü dəfə Azərbaycan Kubokunun finalında məğlub olub.
Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi dünən həlledici görüşdə “Sabah”a 1:2 hesabı ilə uduzaraq kuboku tarixində ilk dəfə qazanmaq şansını əldən verib.
“Zirə” daha əvvəl 2021-22 və 2023-24 mövsümlərində də bu turnirin həlledici qarşılaşmasına yüksəlməklə kifayətlənib. Komanda həmin illərdə “Qarabağ” yenilmişdisə, bu dəfə də Premyer Liqada mövsümün yeni çempionuna məğlub olub.
Ölkə kubokunun finalında ən çox uduzan komanda isə “Neftçi”dir. “Ağ-qaralar” 5 dəfə bu halla üzləşiblər. “Qarabağ” 4 dəfə həlledici matçda məğlub olub. Hazırda “Şamaxı” adı altında çıxış edən komanda “İnter” və “Keşlə” adını daşıdığı dönəmlərdə 4 dəfə finalda rəqibinə boyun əyib. “Qəbələ” ilə “Zirə”də isə bu say 3-ə bərabərdir.
“Neftçi” – 5 (2000-01, 2011-12, 2014-15, 2015-16, 2022-23)
“Qarabağ” – 4 (1995-96, 1997-98, 1999-2000, 2024-25)
“İnter”/“Keşlə” – 4 (2004-05, 2007-08, 2008-09, 2010-11)
“Qəbələ” – 3 (2013-14, 2016-17, 2017-18)
“Zirə” – 3 (2021-22, 2023-24, 2025-26)






