“Beşiktaş” “Dinamo”nun (Kiyev) futbolçusu Yunes Belhandanı heyətinə qata bilər. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar” yanvarda keçidi reallaşdırmaq üçün hazırlıqlara başlayıb.
Ukrayna mətbuatı da bu məlumatı doğrulayıb. İstanbul təmsilçisi mərakeşli yarımmüdafiəçini icarə əsasında rənglərinə bağlamaq niyyətindədi. 23 yaşlı futbolçunun da Türkiyədə oyanamağa müsbət baxdığı deyilir.
Qeyd edək ki, Belhanda ötən il “Fənərbaxça” onu heyətə qatmaq üçün çalışsa da, transferi reallaşdıra bilməmişdi.





