Super Liqada çempionluq yarışı aparan "Fənərbaxça"da qışda klubu tərk edən legionerlər olacaq. Ehtimal olunur ki, bunlardan biri də Raul Meyreleşdi.
 
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi özü “sarı-lacivərdlər”dən getmək istədiyini bildirib. Ərsun Yanalın gəlişindən sonra komandanın əsas heyətindən kənar qalan portuqaliyalı Avropadan təkliflər alıb. "Napoli", "Portu" və "Volfsburq" Raulla yaxından maraqlanır. Ötən il Meyreleşi 10 milyon avro qarşılığında “Çelsi”dən alan “Fənərbaxça”nın onu maksimum 7 milyona sata biləcəyi proqnozlaşdırılır.
 
Bütün hallarda oyunçunun taleyinə yanvarda aydınlıq gələcək.
Shares: