“Sabah”ın müdafiəçi Timoteuş Puxaçın transferi üçün Almaniyanın “Holştayn Kil” klubuna ödədiyi dəqiq məbləğ müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
27 yaşlı sol cinah oyunçusu ötən mövsümü Bakı klubunda icarə əsasında keçirib. Komandanın çempionluğunda önəmli pay sahibi olan Puxaç “Holştayn Kil”dən birdəfəlik alınıb. Polşalı ilə 3 illik müqavilə imzalayan “bayquşlar” bu transfer müqabilində almanlara 500 min avroluq ödəniş edib.
Qeyd edək ki, Timoteuş Puxaç ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə verib.






