“Vanspor”un prezidenti Şahin Aslan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün transferini dəyərləndirib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri 27 yaşlı yarımmüdafiəçinin komandanı gücləndirəcəyini bildirib.
Kökçünün təqdimat mərasimində də iştirak edən prezident bu cür transferləri həyata keçirməkdə məqsədlərinin Superliqaya vəsiqə qazanmaq olduğunu söyləyib: “Ozan Can milli komanda oyunçusudur və beynəlxalq təcrübəsi var. Transfer çalışmalarımız davam edir. Yeni qurulacaq heyətlə Superliqaya vəsiqəni hədəfləyəcəyik”.
Qeyd edək ki, Ozan Can Kökçü I Liqa klubu ilə 2 illik müqavilə imzalayıb.






