“Real” Portuqaliya millisinin üzvü Berrnardo Silvanın transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Madrid təmsilçisi “Mançester Siti”dən ayrılan 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Bildirilib ki, futbolçunun “Real”da illik maaşı 20 milyon avro təşkil edəcək. Bundan əlavə, o 10 milyon avro imza bonusu, agenti Jorge Mendes və atası isə ümumilikdə 10 milyon avro komissiya haqqı əldə edəcək.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də oynayırdı. O, İngiltərə klubu ilə 451 matça çıxıb, 6 Premyer Liqa, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 2 ölkə kuboku, 1 klublararası dünya çempionatı da daxil olmaqla, ümumilikdə 19 kubok qazanıb.






