FİFA ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında dövlət himnlərinin səsləndirilməsi zamanı fotoqrafların yerləşmə yerini dəyişdirib.

BBC-nin məlumatına görə, artıq fotoqraflar qrup şəklində meydanın mərkəz xəttinə daha yaxın dayana bilərlər. Məşqçilər heyəti isə himn zamanı ehtiyat oyunçular skamyasının yanında qalmaq məcburiyyətində deyillər. Onlar fotoqraflardan sola və ya sağa hərəkət etmək hüququna malikdirlər.

Çərşənbə günü İngiltərə millisi DÇ-2026-nın qrup turnirində Xorvatiya yığması üzərində qələbə qazanaraq (4:2) mübarizəyə başlayıb. Matçdan sonra ingilislərin baş məşqçisi Tomas Tuxel mətbuat konfransında himn zamanı məşqçilər heyətinin qarşısında fotoqrafların sıxlıq yaratmasından şikayətlənib və bu səbəbdən öz komandasının oyunçularını görə bilmədiyini deyib.

BBC-nin vurğuladığına görə, ingilislərin ilk oyununun keçirildiyi stadion amerikan futbolu üçün nəzərdə tutulub və “Dallas” komandasına məxsusdur. Milli Futbol Liqasının (NFL) arenalarında meydançalar ölçücə daha kiçik olduğundan, ot örtüyü üçün meydanın səviyyəsini 1,2 metr qaldırmaq lazım gəlib. Bu isə yan xəttin arxasındakı boş sahənin itirilməsinə, eləcə də məşqçilər və fotoqraflar üçün məkanın məhdudlaşmasına səbəb olub.

Shares: