“Şəfa” futbolçusu Nahid Əliyevlə müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yeni 1 illik anlaşmaya imza atıb.

U-21 millimizin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.

Shares: