“Valensiya”nın yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, son günlər dolaşan şayiələr özünü doğruldub.
 
Belə ki, “yarasalar”ın başına Xuan Antonio Pissi keçib. Lakin o La Liqa klubunu 2013/14 mövsümündən, dəqiq desək gələn ilin iyunundan etibarən çalışdıracaq. Hazırda Argentinanın “San Lorenso” klubun çalışdıran gənc mütəxəssisin gəlişinədək komanda istefaya göndərilmiş Miroslav Cukiçin köməkçisi Raymon Henrik Kol başçılığı altında meydana çıxacaq.
Shares: