Mustafa Dənizli "Xəzər Lənkəran"a gəldikdən sonra komandada islahatlar olacağı gözlənilən idi. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssis futbolçularla yanaşı komandadan 2 məşqçini də göndərmək fikrindədi.
Bunlar Hafiz Əliyev və Covanni Melkiorredi. Dənizli əvəzində Türkiyədən özü ilə məşqçilər korpusunu Lənkərana gətirəcək. Əldə etdiyimiz digər məlumata görə, türkiyəli mütəxəssis ən azı 5 məşqçini komandaya cəlb etmək fikrindədi. Bu məşqçilər onun əvvəlcədən tanıdığı insanlar olacaq.





