Azərbaycan yığmasınının şərəfini qoruyan Əli Gökdəmir “Hannover 96”nın əsas heyətinə dönüb. Futbolinfo.az xəbər verir ki, Gökdəmir komanda ilə birgə Türkiyənin Belek şəhərinə toplanışa yollanacaq.
Gökdəmir bu yay komandanın əsas heyətinin toplanışlarında iştirak edib. Bundesliqada iştirakı nəzərdə tutulan müdafiəçi zədə səbəbindən ikinci komandaya göndərilmişdi.
Qeyd edək ki, toplanışı 2014-cü il yanvarın 5-ə nəzərdə tutulub və yanvarın 19-a qədər davam edəcək.





