Norveç millisi 2026-cı il dünya çempionatının 1/4 finalında İngiltərə ilə keçirəcəyi oyun öncəsi qaldığı oteli dəyişib.

Komanda matçın keçiriləcəyi Mayaminin ətrafındakı Fort-Loderdeyle şəhərində yerləşən başqa otelə köçüb. Dəyişikliyə əvvəlki oteldə kif problemi, otaqların keyfiyyətsiz təmizlənməsi, həmçinin yaxınlıqdakı tikinti sahəsi və magistral yoldan gələn səs-küy səbəb olub.

Norveç nümayəndə heyətinin rəhbəri Truls Daelinin sözlərinə görə, FIFA yaranmış məsələlərin həllində komandaya kömək edib. O bildirib ki, milli komanda daha bahalı otelə köçüb və əlavə xərcləri Norveç Futbol Assosiasiyası qarşılayacaq. Daelinin sözlərinə görə, hazırda nümayəndə heyəti yeni şəraitdən tam razıdır.

Shares: