DÇ-2026-nın 1/4 finalının İspaniya – Belçika matçı (2:1) Tibo Kurtua üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı belçikalı qapıçı mundiallarda 21-ci oyununu keçirib.

Beləliklə, Kurtua qapıçılar arasında dünya çempionatlarında matçların sayına görə fransalı Uqo Lyorisi (20 oyun ) geridə qoyaraq ikinci yerə çıxıb. Bu göstəricidə lider Almaniya yığmasının qolkiperi Manuel Noyerdir (23 oyun).

Qeyd edək ki, Tibo Kurtua İspaniya ilə qarşılaşmanın 71-ci dəqiqəsində, hesab 1:1 olarkən zədə səbəbindən əvəzlənib.

Shares: