“Mançester Siti” klubunun yarımmüdafiəçisi Sverre Nyupan icarə əsasında “Lommel”ə (Belçika) keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İcarə bir mövsüm üçün hesablanıb və satınalma hüququ nəzərdə tutulmayıb.
“Mançester Siti” Sverre Nyupanı 2025-ci ilin yayında transfer edib. 19 yaşlı norveçli futbolçu indiyədək komandanın heyətində rəsmi oyuna çıxmayıb.
