2003-cü il ABŞ Açıq çempionatının qalibi Endi Roddik 2026-cı il Uimbldon turnirinin yarımfinalında məğlub olan Novak Cokoviçin karyerasını başa vurmalı olduğunu deyənləri sərt tənqid edib.

Roddik “Served with Andy Roddick” podkastında bildirib ki, Cokoviç hələ də tennisdən zövq alır və ailəsi ilə birlikdə səyahət etməkdən məmnundur: “Onun mətbuat konfransında xoşbəxt göründüyünü gördüm. Sarsılmış təsiri bağışlamırdı, əksinə, kifayət qədər təmkinli idi. Ola bilsin ki, sadəcə oyundan həzz alır”.

Amerikalı sabiq tennisçi əlavə edib ki, heç kimin Cokoviçə karyerasını nə vaxt bitirməli olduğunu deməyə haqqı yoxdur: “Sabah yenə hansısa axmaq yazacaq ki, “artıq vaxtıdır”. Susun! Xeyr, o, hazırda sizin öz işinizdə ola biləcəyinizdən qat-qat yaxşıdır”.

Xatırladaq ki, 39 yaşlı serb tennisçi turnirin yarımfinalında dünya reytinqinin lideri, italiyalı Yannik Sinnerə hər üç setdə 4:6 hesabı ilə uduzub.

Shares: