Ulduzu DÇ-2026-da parlayan Yohan Manzambi transfer bazarında cəlbedici oyunçuya çevrilib. İsveçrə yığmasının hücumçusu bir çox klubun diqqətini çəkib.

Futbolinfo.az xəbər verir ki, kritik qolları ilə yadda qalan 20 yaşlı oyunçu “Frayburq”dakı məhsuldar çıxışının ardından etimadı doğruldub. Artıq onu heyətinə qatmaq istəyən “Aston Villa” Almaniya klubuna rəsmi təklif göndərməyə hazırlaşır. İngiltərə təmsilçisi 60 milyon avroluq transfer paketi hazırlayıb.

“Frayburq” oyunçusunu satmağın əleyhinə deyil. Amma almanlar 2030-cu ilədək müqaviləsi olan yetirməsi üçün daha çox pul istəyir. Birmingemlilər dizindən zədəli olan Manzambinin son durumunu öyrəndikdən sonra əməli addım atacaq.

Shares: