Almaniya bundesliqasında növbəti baş məşqçi istefası reallaşıb. Futbolinfo.az xəbər verir ki, söhbət “Hannover”i çalışdıran Mirko Slomkadan gedir. Baş məşqçi ilə görüşən rəhbərlik məhz görüşdən sonra belə bir qərar alıb.
Tərəflər müqaviləni qarşılıqlı şəkildə pozublar. Yaxın günlərdə komanda yeni baş məşqçi axtarışlarına başlayacaq. Slomkanın rəhbərliyi altında “Hannover” 2 dəfə Avroliqaya vəsiqə qazanmışdı.





